ABŞ prezidenti Donald Tramp OPEC+ ölkələrinn neft razılaşmasından razı qalıb.
FED.az xəbər veriri ki, Trampın fikrincə, bu razılaşma bütün tərəfləri qane edir. «Hamı üçün gözəl sazişdir»-deyə Tramp Twitter hesabında yazıb.
ABŞ prezidenti razılığın əldə edilməsinə görə, Rusiya prezidenti Vladimir Putinə və Səudiyyə Ərəbistanı şahzadəsi Salmana təşəkkür edib. Tramp bildirib ki, bu razılaşma ABŞ-da enerji sektorunda yüz minlərlə iş yerini qoruyub saxlamağa imkan verəcək.