“AGAS Group” MMC Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyası (GES) quracaq.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) bildirir.
Məlumata görə, müəssisəyə Parkda rezidentlik verilib. Bununla da rezidentlərin sayı 12-yə çatıb.
Layihənin həyata keçirilməsi ilə Parkın enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək. Rezidenti 1,4 milyon manatdan çox investisiya yatıracaq, 5 nəfər daimi işlə təmin olunacaq.
Xatırladaq ki, ötən ilin avqust ayında İZİA ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group”un direktoru İlkin Quliyev imzalayıblar. (Report)