Gürcüstanın “Kartli” külək elektrik stansiyası auksionda satılacaq. İlkin olaraq stansiya 14 milyon 250 min ABŞ dolları məbləğində qiymətləndirilib.
FED.az xəbər verir ki, bu barədə “Gürcüstan Energetikanın İnkişafı Fondu” məlumat yayıb.
Eləcə də bax: Azərbaycan və Gürcüstan yeni - BİRGƏ MÜƏSSİSƏLƏR YARADA BİLƏR
Bildirilir ki, fond və “Gürcüstanın Neft və Qaz Korporasiyası” stansiyanın 100 faiz satılması barədə qərar qəbul edib.
Auksionun noyabrın 15-də keçiriləcəyi bildirilir. Stansiyanı almaq istəyən hər bir maraqlı şirkət, hüquqi və ya fiziki şəxs oktyabrın 31-dək fonda müraciət edə bilər.
Məlumat üçün qeyd edək ki, “Kartli” stansiyasının layihə qiyməti 34 milyon dollar olub. Bu vəsaitin 2 milyon dollarını Avropa Yenidənqurma və İnkişaf Bankı, 10 milyon dollarını isə “Gürcüstan Energetikanın İnkişafı Fondu” və “Gürcüstanın Neft və Qaz Korporasiyası” ödəyib.
Azərtac