İlya Eloşvili Gürcüstanın yeni energetika naziri təyin edilib.
Bu barədə Baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında bildirib.
Hökumət başçısının sözlərinə görə, İ.Eloşvili 2012-ci ildən energetika nazirinin birinci müavini vəzifəsində çalışıb və nazirliyin həyata keçirdiyi bütün layihələrə böyük töhfə verib.
Qeyd edək ki, Gürcüstanda energetika naziri vəzifəsi Tbilisi meri olmağa namizəd kimi təqdim edilən Kaxa Kaladzenin postdan ayrılmasından sonra vakant olub.
Report©