"SOCAR Gürcüstanda fəaliyyət göstərməkdən çox məmnundur, yaradılan şəraitə görə Gürcüstan hökumətinə minnətdarıq".
SOCAR Gürcüstan fermerlərinə - DİZELİ UCUZ QİYMƏTƏ SATACAQ
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində şirkətin inşa etdirdiyi idman kompleksinin açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında əməkdaşlıq çox yüksək səviyyədədir: "SOCAR Gürcütana 1,2 milyard ABŞ dolları həcmində investisiya qoyub. Gürcüstan dövlətinin dəstəyi ilə sosial layihələr həyata keçiririk və bu ölkədə yaşayan soydaşlarımızın vətəndaş cəmiyyətinə inteqrasiya prosesinə öz töhvəmizi veririk".
R.Abdullayev SOCAR-ın Gürcüstana hədiyyə etdiyi müasir idman kompleksində gələcəyin olimpiya çempionlarının yetişəcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev ilə Marneuli rayonunun Qızılhacılı kəndinə səfər edib. Onlar kənddə SOCAR şirkətinin inşa etdirdiyi idman kompleksinin açılış mərasiminə qatılıblar.
Mərasimdə çıxış edən Baş nazir İrakli Qaribaşvili, "Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş dövlətdir" deyib və iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.(marja)