Gürcüstanda maye qazın qiyməti 30 tetri (18 qəpik) bahalaşıb.
FED.az xəbər verir ki, maye qazın bahalaşmasına səbəb daxili bazarda təlabatın kəskin artmasıdır.
Eləcə də bax: Gürcüstan “Avro-5” standartlarının tətbiqini - TƏXİRƏ SALIB
Qonşu ölkədə bu növ yanacaqdan istifadə edən avtomobillərin sayı 7 mindən çoxdur. Üç il öncə bu cür nəqliyyat vasitələrinin sayı isə minə yaxın olub.
Bu ilin yayında maye qazın bir kubmetrinin qiyməti 90 tetri (53 qəpik) təşkil edirdisə, hazırda bu yanacaq növü 1.20 lariyə (70 qəpik) təklif olunur.
Report