Gürcüstanda bərpaolunan enerji layihələri ilə məşğul olan bütün şirkətlərin dövlətə olan cərimələri silinəcək.
Gürcüstan Azərbaycan neftinin Ermənistana ilk tranzitindən rüsum tutmayacaq
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, enerji sektorunun inkişafına mane olan əsas amillərdən biri şirkətlərin cərimə borclarıdır.
“Bu borcların ümumi məbləği təxminən bir milyard lari təşkil edir. Biz enerji sektorunda fəaliyyət göstərən və bərpaolunan enerji layihələrini həyata keçirən şirkətlərə tətbiq olunan cərimə və cəzaların bağışlanması ilə bağlı mühüm qərar qəbul etdik. Dövlət xüsusi ehtiyat hesabına bu cərimələri siləcək ki, şirkətlər fəaliyyətlərini davam etdirə bilsinlər”, - deyə Baş nazir vurğulayıb.
O əlavə edib ki, dövlət tərəfindən cərimələr bağışlandıqdan sonra şirkətlərdən daha məsuliyyətli fəaliyyət tələb olunacaq: “Belə ki, yeni cərimələrə yol verilsə, bunun tam məsuliyyəti şirkətlərin üzərində olacaq. Əgər qaydalar yenidən pozularsa, bu gün bağışlanan cərimələr də bərpa ediləcək”. (Azərtac)










