Dünyada neftin qiymətinin rekord səviyyədə artması fonunda Gürcüstanda yanacaq bahalaşıb.
Azərbaycan nefti 100 dolları keçdi - YENİ QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkədə fəaliyyət göstərən brend yanacaqdoldurma məntəqələrində (YDM) qiymət tənzimləmələri müşahidə olunur.
Bir sıra YDM-lərdə qiymətlər 2-12 tetri arasında artıb, bəzi şəbəkələrdə isə dizel yanacağı 18 tetri bahalaşıb.
Qeyd edək ki, Gürcüstanda yanacağın qiyməti 2025-ci ilin noyabrından bir qədər aşağı düşəndən sonra dəyişməz qalırdı. (Apa)











