Gürcüstan hökuməti ölkəyə idxal olunan yanacağın keyfiyyətinə nəzarəti gücləndirməyi planlaşdırır.
FED.az x'b'r verir ki,bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib. O qeyd edib ki, əsas məqsəd ölkəni aşağı keyfiyyətli dizel yanacağının idxalından, eyni zamanda, bu yolla atmosferi çirklənmədən qorumaqdır.
Mer deyib: “Tbilisiyə gətirilən yeni avtobuslar “Avro 6” dizel yanacağı ilə işləyir. Bu cür avtobuslar üçün yüksək keyfiyyətli yanacaq tələb olunur. Düşünürük ki, birgə səylər nəticəsində biz dizel yanacağının keyfiyyətinə nəzarət edə biləcəyik. Aşağı keyfiyyətli dizel yanacağı ekologiya üçün ciddi problemlər yaradır. Hökumətlə birgə biz bu məsələ ilə bağlı vacib qərar qəbul edəcəyik”.