Gürcüstan 2025-ci ildə Rusiyadan rekord həcmdə neft alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə Gürcüstan şimal qonşusundan 225,3 min ton neft alıb ki, bu da Gürcüstanın Rusiyadan indiyədə qədər aldığı bütün neft həcmindən 2 dəfə artıqdır.
Bu barədə Gürcüstanın Milli Statistika idarəsi məlumat yayıb.
Rusiyadan başqa, 2025-ci ildə Gürcüstan Azərbaycandan da cüzi miqdarda - 3,9 tıs. ton və ya 1,8 milyon dollarlıq neft alıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bundan əvvəlki iki ildə də - 2023-2024-cü illərdə Gürcüstan Azərbaycandan neft almayıb.










