Gürcüstan hökuməti ölkədə “Avro-5” dizel standartının tətbiqini 2021-ci il yanvarın 1-dək qədər təxirə salıb.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Eləcə də bax: Doqquz ayda ölkədə 1,63 milyon tondan çox dizel yanacağı - İSTEHSAL OLUNUB
Bildirilib ki, “Avro-4” standartlı dizel yanacağının ölkəyə idxalının 2020-ci il yanvarın 1-dən qadağan olunması barədə qərar bir il müddətinə dayandırılır.
Qeyd edək ki, qanunun qüvvəyə minəcəyi təqdirdə Azərbaycandan Gürcüstana dizel yanacağı idxalı dayandırılmalı idi.
Bundan sonra Rusiya Gürcüstana dizel yanacağının yeganə tədarükçüsü olacaqdı.
Gürcü mütəxəssislər bununla əlaqədar Azərbaycan tərəfi ilə danışıqlar aparıblar. Artıq Azərbaycan tərəfi neft emalı zavodunun modernləşdirilmsinə başlayıb.
“Azərbaycan tərəfi tam Avropa standartlarına (Avro-5 standartlarına) uyğun dizel yanacağı istehsalına başladıqdan sonra Gürcüstan bu tip yanacağı yenidən SOCAR-dan alacaq”, -deyə məlumatda bildirilir.
Xatırladaq ki, Azərbaycan Gürcüstanın əsas dizel yanacağı tədarükçüsüdür və Azərbaycanda istehsal olunan dizel yanacağı Rusiya məhsulu ilə müqayisədə 15 tetri ucuzdur. Azərbaycandan sonra Gürcüstanın əsas dizel tədarükçüləri isə Rusiya, Rumıniya və Bolqarıstandır.
Azərtac