Gürcüstan 150 milyon dollar dəyərində iki külək enerjisi stansiyası (KES) layihəsi həyata keçirəcək.
Azərbaycanda əhali üçün yeni qazanc mənbəyi - Komitə sədri qanuni imkanları - AÇIQLADI
FED.az xəbər verir ki, müvafiq qərar Gürcüstan hökumətinin iclasında müzakirə edilib. 103,5 MVt gücündə olacaq olacaq ilk layihə İmereti rayonunda həyata keçiriləcəyi və onun 130 milyon dollara başa gələcəyi bildirilib. 43,4 MVt gücündəki ikinci layihənin isə isə Kareli munisipaliteti ərazisində həyata keçiriləcəyi və 25,25 milyon dollara başa gələcəyi qeyd olunub.
Bundan başqa İmereti rayonunun Tercola munisipaltetində gücü 7,8 MVt olacaq 4,797 milyon dollar dəyərində günəş enerjisi stansiyası da yaradılacaq.
Məlumata görə, hazırda hər üç layihənin texniki-iqtisadi əsaslandırılması üçün qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilir (Apa)