“Brent” markalı xam neftin bir barrelinin qiyməti yenidən 82,5 dolları test edə bilər.
FED.az xəbər verir ki, ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu qənaətdədir.
“Goldman Sachs”a görə, İrana qarşı yeni sanksiyaların tətbiq olunması nəticəsində “Brent” neftinin qiyməti 82,5 dollar/barrel səviyyəsində möhkəmlənə bilər. Lakin qiymətin bu səviyyədən yuxarıya qalxması üçün neft təklifində proqnozlardan daha çox azalma olmalıdır.
Bank İranın neft ixracının gündəlik 1,4 milyon barrel azalacağını gözləyir.
“İlin sonunda neftin qiyməti 70-80 dollar/barrel arasında dəyişəcək. Geosiyasi gərginliklər, artan neft tələbatı ilə əlaqədar “qara qızıl”ın qiymətində yuxarı istiqamətli dəyişkənlik olması mümkündür”, - deyə “Goldman Sachs” bildirir.