Qlobal investisiya bankı Goldman Sachs-a görə, Yaxın Şərqdəki müharibənin davam etməsi səbəbindən qlobal xam neft və neft məhsulları ehtiyatları bu ay rekord sürətlə azalır.
Azərbaycan nefti ən baha və ən ucuz - HANSI ÖLKƏLƏRƏ SATIR? - ÖLKƏLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, bank analitiklərinin bildiriblər ki, ehtiyatlar may ayında gündəlik 8,7 milyon barel olmaqla rekord sürətlə azalıb. Bu azalma münaqişənin başlanmasından bəri müşahidə olunan orta azalma sürətinin təxminən iki qatına bərabərdir.
Analitiklər, “Anbarlardakı ehtiyatlar azalmağa davam edir. Təxmin edilən neft ixracı Hörmüz boğazı vasitəsilə normal səviyyələrin cəmi 5 faizi civarındadır”, - qeyd ediblər.
Qlobal enerji bazarlarının müharibənin yaratdığı misli görünməmiş təklif şoku ilə sarsıldığı qeyd olunub, böhrandan əvvəl bazalarda (anbarlarda) yığılan ehtiyatların sürətlə "əridiyi" və bəzi hökumətlərin qiymət artımlarını məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan bazara təklif verdiyi qeyd edilib.
International Energy Agency-nin (UEA) rəhbəri Fatih Birol da ötən həftə kommersiya neft ehtiyatlarının sürətlə azaldığı barədə xəbərdarlıq etmişdir. UEA həmçinin münaqişə qısa müddətdə başa çatsa belə, bazarların oktyabra qədər “ciddi təklif çatışmazlığı” yaşamağa davam edəcəyini proqnozlaşdırır.
Neft təklifinin azalması Asiyadan Avropaya qədər geniş coğrafiyaya mənfi təsir edir. Avropanın aviasiya yanacağı idxalının 2025-ci il orta göstəricisindən 60 faiz aşağı düşdüyü qeyd edilib. (Marja)













