Cari ilin dördüncü rübündə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 90 dollara çatacağı gözlənilir.
“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.
“Goldman Sachs” “Brent”in qiymətinin ikinci rübdə 100 dollar/barel, üçüncü rübdə isə 93 dollar/barel olacağını proqnozlaşdırır. Bankın analitiklərinin dördüncü rüblə bağlı əvvəlki proqnozu 80 dollar/barel idi.
“Hörmüz boğazının uzun müddət bağlı qalması neft ehtiyatlarının həddindən artıq tükənməsinə səbəb olacaq. Körfəzdə xam neft istehsalının sutkada 14,5 milyon barel azalması aprel ayında qlobal neft ehtiyatlarının rekord səviyyədə - gündəlik 11-12 milyon barel azalması ilə nəticələnib. Ehtiyatların azalmasının bu cür davamlı olmadığını nəzərə alsaq, təklif şoku daha uzun sürərsə, tələbatın daha kəskin azalmasına səbəb ola bilər. Əvvəllər Körfəzdən neft ixracının normallaşmasının may ayının ortalarında gözlənilirdi. İndi isə bu prosesin iyun ayının sonuna qədər baş verməyəcəyi və Körfəzdən neft istehsalının daha yavaş bərpa olunacağı nəzərdə tutulur. Neft qiymətlərində artım riskləri, yalnız xam neft baza ssenarimizdə gözləniləndən daha böyükdür. Çünki bu, neft məhsullarının qiymətlərinin olduqca yüksək olması, məhsul çatışmazlığı riskləri və şokun görünməmiş miqyası ilə bağlıdır”, - deyə bankın analitikləri bildirirlər.
“Goldman Sachs” bu rübdə ötən ilin profisiti ilə müqayisədə gündəlik 9,6 milyon barel kəsir proqnozlaşdırır. (Azərtac)













