Goldman Sachs analitikləri, neft bazarındakı riskləri qiymətləndirərək, ekstremal ssenari baş verəcəyi təqdirdə Brent markalı neftin bir barelinin qiymətinin 2026-cı ilin sonuna qədər 40 dollardan aşağı düşə biləcəyini ehtimal edir.
Neft bahalaşıb - SON QİYMƏT
FED.az xəbər verir ki, bankın ekspertləri, bu nəticənin yalnız qlobal ÜDM-də ciddi yavaşlama və OPEC+ razılaşmasının tamamilə dayandırılması halında mümkün olduğunu bildirirlər. Hazırkı əsas proqnoza əsasən isə, Brent markalı neftin qiyməti 2025-ci ilin dekabr ayında 55 dollar səviyyəsində gözlənilir.
Qlobal bazarda son günlərdə baş verən gərginliklər, xüsusilə ABŞ ilə Çin arasında ticarət müharibəsinin dərinləşməsi, iqtisadi durğunluq risklərini artırıb. Bu isə enerji istehlakına mənfi təsir göstərib. Digər tərəfdən, OPEC+ ölkələrinin son zamanlar gözləniləndən daha çox neft hasilatını artırması da təklifin artmasına səbəb olub.
Goldman Sachs ilə yanaşı, Morgan Stanley və Societe Generale kimi digər banklar da neft üzrə əsas proqnozlarını azaldıblar və müxtəlif ssenariləri təhlil edərək qiymət aralığını müəyyənləşdiriblər. Tipik ABŞ resessiyası və cari təklif şərtləri nəzərə alındıqda, Brent neftinin qiymətinin bu ilin dekabrında 58 dollar, gələn ilin dekabrında isə 50 dollar olacağı gözlənilir.