Çində tələbin kəskin bərpası və təklifin durğunluğu fonunda neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər.
FED.az xəbər verir ki, bu barədə aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group, Inc”in analitik qeydinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan prosseslər “OPEC+”razılaşması iştirakçılarının iyun ayında keçiriləcək iclasında hasilatın artırılması barədə qərarın verilməsinə səbəb ola bilər.
Qeyd edək ki, ötən ilin oktyabr ayında OPEC+ ölkələri gündəlik neft hasilatını 2023-cü ilin sonuna 2 mln. barel azaltmaq barədə razılığa gəliblər.
“Goldman Sachs” ilin ikinci yarısında “OPEC+" üzrə gündəlik hasilatının 1 mln.barel artması şərtilə dekabr ayı üçün neft qiymətlərinin tədricən 100 ABŞ dolları səviyyəsinə yüksələcəyini gözləyir.
“OPEC+” hasilat səviyyəsini dəyişməsə, o zaman “Brent” markalı neftin qiyməti dekabr ayı üçün 107 dollara çata və daha da artmağa davam edə bilər. (Apa)