Nobel Energy şirkətinin neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmət üzrə törəmə müəssisəsi olan Glensol böyük məmnunluqla bildirir ki, sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünyanın aparıcı şirkətlərindən olan SGS UK tərəfindən keçirilmiş EASA (Elektrik Cihazları üzrə Xidməti Assosiasiyası) akkreditasiya auditindən uğurla keçmişdir.
FED.az xəbər verir ki, EASA təşkilatı EASA/ANSI AR 100 standart spesifikasiyasına əsaslanan EASA Akkreditasiya proqramını işləyib hazırlamışdır. Bu akkreditasiya sübuta yetirilmiş infrastruktur və bacarıq və səriştələrin olmasını tələb edən ciddi prosesdir. Buraya elektrik mühərriklərinin təmiri, naqillərinsarılması, əsaslı təmiri və bərpası üçün xüsusi avadanlıq və mexanizmlər, habelə həmin avadanlıq və mexanizmlər üzrə lazımi texniki qulluq və sertifikatlaşdırma daxildir. Bu, həmçinin adekvat prosedurları, keyfiyyətə nəzarət üsullarını və ən əsası, standartın tələblərini bilən və təmir xidmətləri nəticəsində mühərrikin işinin səmərəliliyinə nəzarət etmək qabiliyyətinə malik ixtisaslı kadrları ehtiva edir.
Glensol şirkətinin Baş direktoru müavini Anar Orucov deyib: “EASA Akkreditasiya proqramı mühərrik xidmətləri sahəsində beynəlxalq səviyyədə tanınır və bu nailiyyətimiz uzunmüddətli planlaşdırmanın və hazırlığın nəticəsidir. Qeyd etmək lazımdır ki, biz hazırda yalnız EASA-nın Şura üzvü deyilik, eyni zamanda müəssisəmiz assosiasiya tərəfindən akkreditə olunub. Biz ən yüksək beynəlxalq standartların əksəriyyətinə nail olduğumuz və bu səviyyəni qoruyub saxladığımız üçün çox qürurluyuq. Mən elektrik mühərrikləri və generatorlar üzrə texniki xidmət bölməmizi bu mühüm nailiyyət münasibətilə təbrik edir və onların bu çətin yolda göstərdikləri səyləri, fədakarlıqları və komanda işini yüksək qiymətləndirirəm.”
Bu nailiyyət Glensol şirkətinin mühərriklərin səmərəliliyinin və etibarlılığının qorunması və daha da artırılması, eləcə də onun yüksək keyfiyyətli təmir xidmətləri üzrə sübut olunmuş qabiliyyətini vurğulayır. Bundan əlavə, EASA akkreditasiyası şirkətin son dərəcə müasir “Vahid pəncərə” emalatxanasında daim saz vəziyyətdə olan avadanlıqları və dəqiq kalibrasiya edilmiş cihazları vasitəsilə müştərilərin mühərriklərinin təmiri üzrə yüksək səriştəsini nümayiş etdirir.
Qeyd edək ki, 2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neft- mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət böyük enerji şirkətləri də daxil olmaqla yerli və xarici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir, həmçinin texniki təlim xidmətlərini göstərir.
Glensol şirkəlensol şirk digər böyük şirkətlə www.glensol.az