Gələn il Azərbaycanda gündəlik 2 min ton karbamid istehsal olunacaq.
Bunu bugün Bakıda keçirilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumundə çıxış edən "Azərkimya" İB-nin prezidenti Muxtar Babayev deyib.
M.Babayevin sözlərinə görə, bu məhsulun 80%-i ixrac olunacaq:
"Bu Gün Sumqayıtda ixrac edilən məhsulların 50%-ə yaxını Çinə ixrac edilir. Bu isə Poti limanı vasitəsi ilə həyata keçirilir. "Silk way" deyilən yol var ki, hazırda təssüf ki, bu yoldan istifadə edə bilmirik".