Bu il neftin bir barelinin orta satış qiymətinin 85,9 dollar olacağı gözlənilir.
Büdcədə 65 dollar götürülən neft 82 dollara satılıb - AMMA HÖKUMƏT PULU EHTİYATLA XƏRCLƏYİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu il üzrə min kub metr qazın satış qiyməti 324 dolları olacağı proqnozlaşdırılır:
"Gələn il isə neftin bir barelinin orta satış qiyməti 74,5 dollar olacağı, qazın min kub metrinin satış qiymətinin 290 dollar olacağı proqnozlaşdırılır".













