Dünya bazarında neftin sürətli ucuhlaşması davam edir.
FED.az xəbər verir ki, martın 12-də neftin qiyməti daha 2,57 dollar və ya 7,7% azalaraq 35,79 dollardan 33,22 dollara enib. Martın 12-ni birjalar bu qiymətlə başa vurublar.
Ucuzlaşma indi də davam edir və Bakı vaxtilə saat 8-ə olan məlumata görə neftin qiyməti 32.87 dollardır.