Fransa 2024-cü ilin fevralında Rusiya qazının əsas alıcısına çevrilib.
Azərbaycan 3 ayda Avropaya 3,2 milyard kubmetr qaz ixrac edib
FED.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Belə ki, fevral ayında Fransa Rusiyadan 322,3 milyon maye qaz (LNG) alıb ki, bu da yanvar ayı ilə müqayisədə 10 faiz çoxdur.
Fevralda Macarıstan Rusiya qazının idxalını üçdə bir azaldaraq 210 milyon avroya çatdıraraq ikinci yerə enib. İspaniya 118,3 milyon avro dəyərində LNG idxalı ilə liderlər arasında üçüncü yerdədir.
Yunanıstan fevralda Rusiyadan qaz alışını ən çox - 7,8 dəfə artıraraq 110,4 milyon avroya çatdırıb. Finlandiya və İsveç alışlarını iki dəfə artıraraq müvafiq olaraq 6,6 və 4,7 milyon avroya çatdırıb. (Apa)