2020-ci ildə dünya bazarlarında neftin qiyməti $55-65 civarında qalacaq. Prezident İlham Əliyev belə hesab edir.
Eləcə də bax: Neft ucuzlaşmasa Azərbaycanda dolların məzənnəsi - 4 İL BELƏ QALACAQ
FED.az xəbər verir ki, “Düşünürəm ki, bugünkü qiymət səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları təmin edir. Azərbaycana gəlincə, bu il büdcəmizdə bir barrel neftin qiyməti $55 müəyyən edilib, lakin hazırda qiymət daha yüksəkdir. Düşünürəm ki, bir barrel neftin qiyməti $55-65 civarında qalacaq”, - Əliyev “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı vurğulayıb ki, neftin qiymətinin bu diapazonu fors major halları olmayacağı zaman qalacaq.