"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkəti neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
"Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb"
FED.az xəbər verir ki, FS-nin neft və qaz komandası Brent xam neftinin qiyməti üzrə proqnozunu 2024-cü il üçün hər barel üzrə 85 ABŞ dollarından 81 ABŞ dollarına endirib.
Şirkət həmçinin, gələn il üzrə proqnozunu 4 dollar azaldaraq 82 ABŞ dollarından 78 ABŞ dollarına endirib. (Apa)