"Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini təsdiq edib. "Fitch" agentliyinin rəsmi veb-saytında bildirilir ki, "Azərenerji" ASC-nin kredit reytinqi "BB+", proqnozu isə "neqativ" olaraq müəyyən edilib.
"Fitch" açıqlamasında bildirib ki, "Azərenerji"nin kredit reyitinqi onun əsas səhmdarı olan Azərbaycan dövlətinin reytinqinə uyğunlaşdırılıb. Buna səbəb kimi şirkətlə dövlət arasında güclü hüquqi, əməliyyat və strateji əlaqələrin olması amili göstərilib.
Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini 2016-cı il mart ayının 1-də "BBB-" səviyyəsindən "BB+"a endirib.