Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından bu il 707 mln. kubmetr qaz hasil olunacaq.
"Fitch" SOCAR-ın reytinqini BB+ səviyyəsində - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatına istinadən xəbər verir.
Məlumata görə, bu il yataqdan 1,8 mln. barel qaz kondensatı da hasil ediləcək.
Qeyd edək ki, “Abşeron” yatağı istismara veriləndən indiyədək (oktyabrın 20-ə olan məlumata görə - red.) 453 mln. kubmetr qaz və 171 min ton qaz kondensatı çıxarılıb.
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatı 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək. (Apa)