“Bakıda 11 minə yaxın bina var, onların 4-5 mini 1-2 mərtəbəli binadır. Yəqin ki, 1-2 il ərzində bu binalar qalmayacaq”.
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.
O bildirib ki, çoxmənzilli binalarla bərabər, fərdi mənzillərin də istiliklə təchizatı məsələsi gündəmə gəlib: “Bununla bağlı da qaydalar hazırlanır. Qazlaşdırılmış və qaz quraşdırılmamış ərazilər baxımından yanaşma tətbiq olunacaq. Qaz varsa, fərdi istilik sistemi tətbiq oluna bilər, qaz yoxdursa, bərpa olunan enerjidən istifadə ilə istilik vermək olar. Bu, istilik nasosları və günəş panellərindən istifadə ilə edilə bilər. İstilik nasoslarının da növləri var. Yeni nəsil istilik nasosları bir kilovatın müqabilində 5 kilovat istilik vermək bacarığına malikdir”. (Apa)