Türkiyə gələn ilin mart ayında öz təbii qazından istifadə etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez bildirib.
O qeyd edib ki, Türkiyədə Qaradənizdən çıxarılan qazı Zonquldak şəhərinin Filyosa ilçəsinə daşıyacaq boru kəmərinin 140 kilometr olan hissəsi tamamlanıb.
“Boru xəttlərinin demək olar ki, 70 faizi tamamlanıb. Geriyə sadəcə 20-25 kilometrlik hissə qalıb ki, bu da oktyabr ayında yekunlaşdırılacaq. Quruda görülən işləri də bu ilin noyabr ayında təhvil veriləcəyi gözlənilir.” – deyə nazir bildirib.
Sakarya qaz yatağından Filyosa qədər 170 kilometrlik boru xəttinin inşa edilməsində istifadə edilən Castorone gəmisini də ziyarət edən nazir Dönmez əlavə edib ki, siqnal xətlərini çəkəcək gəmilərin də missiya yerinə çatmaq üçün hal-hazırda yoladırlar. (Trend)