Virusa qarşı peyvəndin effektivliyi sübut edilməyənə kimi neft qiymətində geri dönüş gözlənilmir.
FED.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
F.Birol qeyd edib ki, neft və təbii qaz sektoru metan emissiyalarının yenidən artmayacağına və qlobal iqtisadiyyat bərpa olunsa belə, 2019-cu ildəki göstəricinin tarixdəki ən yüksək səviyyə kimi qalacağına zəmanət verməlidir. Metan emissiyalarını azaltmaq üçün görüləcək tədbirlər iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün kritikdir. Bu çərçivədə sənaye sürətli şəkildə hərəkət etməlidir. Digər tərəfdən, şirkətlərin bu istiqamətdə təşviq edilməsinin, onların fəaliyyətlərinin yaxşılaşdırılmasının, eləcə də daha yaxşı nəticələr əldə etmək üçün yeniliyin dəstəklənməsində hökumətlərin də mühüm rolu var. Buna görə də, təkcə karbondioksit emissiyası üçün deyil, həm də metan emissiyalarını azaltmaq üçün iddialı hədəflər müəyyən etməyin vaxtı çatıb.(azərtac)