Neft istehsalının gündəlik 10 milyon barrel azaldılması bazarda sabitliyin yaranması üçün kifayət deyil.
FED.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaq üçün - ŞƏRTİNİ AÇIQLADI
“Əgər sutkalıq 10 milyon barrel hasilat məhdudiyyəti mümkün olarsa, bu, yalnız yaxşı başlanğıc ola bilər və vaxtə qənaət etməyə kömək edə bilər. Lakin rəqəmlərə görə, ehtiyyatlarda gündəlik 15 milyon barrel artım görürük. Buna görə də hasilat daha çox azaldılmalıdır”, - deyə o bildirib.
F.Birol qeyd edib: “Bu porsesdə daha çox sayda ölkənin iştirakına ehtiyac var. Səudiyyə Ərəbistanı neft bazarına sabitlik gətirən bir ölkə olaraq G20-nin sədri kimi bütün istehsalçıları və istehlakçıları bir araya toplaya bilər. İstehlakçı ölkələr strateji neft ehtiyatlarını doldurmalıdır. Mövcud vəziyyət təkcə “OPEC+” koalisiyasının deyil, hər kəsin töhfəsini tələb edir. Neft istehsal edən ölkələrin bazar ertəsi keçiriləcək görüşü qarşımızda duran böyük problemi həll etmək üçün yaxşı başlanğıc ola bilər”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Səudiyyə Ərəbistanının Şahzadəsi Məhəmməd bin Salman Al Saudla müzakirələr apardığını, şahzadənin də Rusiya Prezidenti Vladimir Putinlə danışdığını və bu ölkələrin neft hasilatını gündəlik 10 milyon barrel azaldacağı yazıb.
Aprelin 6-da isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək. Görüşdə qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.
Azərtac