Neft bazarında böyük həcmdə struktur tədarük bolluğu var və bunun həlli tapılacaq.
Eləcə də bax: "OPEC+" ölkələri neft hasilatını üç aylıq - AZALDA BİLƏR
FED.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, COVID-19 virusu səbəbindən neft bazarında böyük həcmdə struktur tədarük bolluğu var. Bu tədarük bolluğu qlobal iqtisadiyyatın sabitliyinə və sənayedə milyonlarla işçinin məşğulluğuna əhəmiyyətli dərəcədə təsir göstərəcək səviyyəyə çatıb. G20-nin əsas vəzifəsi dünya bazarlarının maliyyə və iqtisadi sabitliyini qorumaqdır.
Qeyd edək ki, G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının və Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü ilə aprelin 10-da G20 enerji nazirlərinin videokonfrans formatında fövqəladə iclasının keçirilməsi nəzərdə tutulur. İclasda enerji bazarında sabitliyi təmin etmək üçün atılacaq addımlar müzakirə olunacaq.
Azərtac