Baş qərargahı Texas ştatının İrving şəhərində yerləşən və ABŞ-ın ən tanınmış neft-qaz şirkəti “Exxon Mobil Corporation” (ExxonMobil) 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti olub.
Eləcə də bax: BP ən çox zərər görən şirkətlər sırasında - 20,3 Milyard Dollar
FED.az şirkətin maliyyə hesabatına əsasən verdiyi məlumata görə, “ExxonMobil” 2020-ci ili 22,4 milyard ABŞ dolları zərərlə başa vurub.
Bu, şirkətin 1998-ci ildən bu yana ilk maliyyə itkisi kimi dəyərləndirilib. “ExxonMobil” 2019-cu ildə əldə etdiyi 14,3 milyard ABŞ dolları mənfəətə qarşı, 2020-ci ilin bütün rübləri üzrə zərərlə işləyib.
Bildirilib ki, il boyu şirkət ən böyük maliyyə itkisi ilə 2020-ci ilin dördüncü rübündə qarşılaşıb. Təkcə ötən ilin son üç ayı ərzində şirkət 20 milyard ABŞ dolları zivarında maliyyə itkisi ilə üzləşib.
Şirkətin icraçı direktoru Darren Vuds 2020-ci ili “ExxonMobil” üçün ən çətin bazar şərtləri təqdim edən il kimi dəyərləndirib.
Qeyd edək ki, 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər arasında “ExxonMobil” ilə yanaşı BP və “Royal Dutch Shell” şirkətlərinin də adı var.