OPEC+ sazişində iştirak edən bir sıra ölkələr 2023-cü ilin sonuna qədər davam edəcək neft hasilatının könüllü olaraq azaldılmasına may ayında başlayıb. Hasilatın ümumi azalması gündəlik 1,66 milyon barel təşkil edəcək.
Rusiyadan Hindistana neft ixracı - Tarixi Maksimuma Çatıb
FED.az xəbər verir ki, ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC+ ölkələri gözlənilmədən aprelin 3-də alyansın nazirlər səviyyəsində monitorinq iclasından bir gün əvvəl may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü olaraq azaldılmasını elan ediblər. Monitorinq iclasından sonra OPEC-in saytında dərc olunan bəyanatda hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlərin neft bazarında sabitliyin qorunmasına yönəldiyi bildirilib.
Ümumilikdə doqquz OPEC+ ölkəsi hasilatı əlavə azaldacağını elan edib. Səudiyyə Ərəbistanı hasilatını könüllü olaraq gündəlik 500 min barel, İraq 211 min barel, BƏƏ 144 min barel, Küveyt 128 min barel, Qazaxıstan 78 min barel, Əlcəzair 480 min barel, Oman 40 min barel, Qabon 8000 min barrel azaldacaq. Rusiya hasilatını ilin sonuna qədər gündəlik 500 min barel azaldacaq.
Hasilatın könüllü azaldılması həcmi OPEC+-ın 2022-ci ilin noyabrından etibarən gündəlik 2 milyon barel azaltma planına əlavə olacaq. (Marja)