Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələ müzakirə etməyiblər.
FED.az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-biri ilə bu magistral qaz kəmərləri vasitəsilə birləşdirilmişdi: Qazax-İrəvan, diametri 1000 mm, 6 km-i bərpa olunmalıdır; Şərur-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir; diametri 700 mm olan Gorus-Naxçıvan 16,5 km-lik hissəsi bərpa olunmalıdır.
“Məlumat veririk ki, Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı heç bir müzakirə aparılmayıb”, - nazirlik qeyd edib.
Qeyd edilib ki, bu ərazilərin bərpası xərclərinə gəlincə, bu məsələ də hələ müzakirə olunmayıb. (Report)