Azərbaycan Energetika Nazirliyi, “Azərenerji” ASC və “Masdar” şirkəti (BƏƏ) arasında Abşeronda günəş elektrik stansiyasının tikinti layihəsinin reallaşdırılması məqsədilə sənədlər paketi imzalanıb.
Eləcə də bax: “Masdar” şirkəti Abşeronda 230 MVt gücündə - Günəş Elektrik Stansiyası Tikəcək
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat verir.
Xüsusilə, Masdar şirkəti ilə 3 müqavilə imzalanıb: “İnvestisiya sazişi”, “Elektrik enerjisinin alqı-satqısına dair” saziş və “Paylayıcı şəbəkəyə qoşulmaya dair” saziş.
Stansiyanın gücü 230 MVt təşkil edəcək. Stansiya ildə 500 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək, 110 milyon kubmetr təbii qaza qənaət edəcək, 200 min ton karbon emissiyasını azaldacaq.
Məlumatda energetika naziri Pərviz Şahbazova istinadən bildirilir ki, “Masdar”ın bu layihəyə sərmayələri $200 milyon təşkil edəcək.
“Masdar” şirkətinin inşa edəcəyi günəş elektrik stansiyası Bakıdan 75 km cənub-qərbdə yerləşəcək.
Stansiyanın inşası iki ilə yaxın vaxt aparacaq. Layihəyə investisiya qoyuluşu $100 milyonadək məbləğdə qiymətləndirilir. Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək.
“Masdar” – dünyada bərpa olunan enerji mınbələrinin inkişafı üzrə aparıcı beynəlxalq şirkətlərdən biri olan “Mubadala”nın törəmə bölməsidir.