Türkiyədə inşası davam edən "Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru 2022-ci ildə açıla bilər.
Eləcə də bax: Qarabağdan 20-yə yaxın sahibkar enerji təchizatı üçün - Onlayn Müraciət Edib
FED.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
O bildirib ki, Mersin şəhərində Rusiyanın "Rosatom" şirkəti ilə birgə inşa olunan AES-də işlər plana uyğun davam edir. Tikintidə 13 min nəfər işləyir.
Qeyd edək ki, Türkiyədə ilk AES olacaq "Akkuyu" 4 reaktordan ibarət olacaq. Stansiyanın 5 min meqavata yaxın enerji istehsal etməsi nəzərdə tutulur.
Bundan əvvəl ilk reaktorun 2023-cü ilədək hazır olacağı bildirilirdi. (Trend)