“Equinor” şirkəti tərəfdaşları “Var Energi” və “Petoro” şirkətləri ilə birlikdə Barents dənizində 7220/7-4 kəşfiyyat quyusunda neft aşkar ediblər. Hazırda çıxarıla biləcək resursların həcmi 31-50 milyon barel həcmində qiymətləndirilir.
Eləcə də bax: Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq - Yatırım Edib
FED.az xəbər verir ki, bu barədə “Equinor”un Norveçdəki kəşfiyyat üzrə baş vitse-prezidenti Nik Eşton bildirib.
“Equinor” Barents dənizində 40 ildən çoxdur fəaliyyət göstərir. 7220/7-4 kəşfiyyat quyusu bu il Barents dənizində “Equinor” tərəfindən kəşfiyyata aparılacağı planlaşdırılan dörd quyudan birincisidir.
Quyuda yuxarı rezervuar dəniz səviyyəsindən 1 788 metr dərinlikdə şaquli formada aşkar edilib. Gözlənilən qaz qapağı quyuda tapılmayıb.
Qeyd edək ki, “Equinor” 2020-ci ili 5,5 milyard ABŞ dolları zərərlə başa vurub. (Report)