Bu il iyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlərin nəticəsi açıqlanıb.
FED.az-ın məlumatına görə, bu barədə “Azərenerji” ASC məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Neft Fondunun büdcəsi təsdiqləndi - FƏRMAN, RƏQƏMLƏR
Görülən işlərin nəticəsi olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla gündəlik 5,5 milyon kilovat-saat çox elektrik enerjisi istehsal edilir. Ən əsası isə 5,5 milyon kilovat-saat artım olmasına baxmayaraq, keçən ilin eyni dövrünə nisbətən istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kilovat-saata görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal olunub.
“Azərenerji” bütün qüvvəsi ilə tikinti, yenidənqurma və bərpa prosesini həyata keçirdiyini bə bu işlərin bundan sonra da davam etdiriləcəyini bəyan edib.
Enerji böhranı təkrarlanmayacaq? – HESABAT AÇIQLANDI
20:32
28 Dek 2018