Enerji resurslarının istismar, hasilat və nəql xərcləri var və bunlar hələ ki, indiki tariflərlə üst-üstə düşür.
Elektrik enerjisi bazarına özəl investisiyalar cəlb ediləcək, dövlətin maliyyə yükü azaldılacaq - İlk iclası keçirildi
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə bildirib.
Elşən Hacızadə deyib ki, böyük qurumlar var, məsələn, onlardan “Azərişığ”ın bugünkü tariflərlə rentabelliyi çox azdır: “Ona görə də gərək bu istiqamətdə də işlər aparaq. Deyildi ki, niyə özəlləşdirməyə gedilmir? Birincisi, Milli Məclisə təşəkkür etmək lazımdır ki, energetika sahəsində yaxın illərdə çox böyük qanunlar qəbul edib. Bunlar “Energetika haqqında”, , “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Bərpa olunan enerji mənbələri haqqında” və “Enerji effektivliyi haqqında” yeni qanunlardır. Bu yaxınlarda da “Tənzimləyici haqqında” qanun layihəsi parlamentə daxil olacaq. Yeni qanunlarla bağlı enerji sistemində institusional dəyişikliklər gözlənilir. Həmin dəyişikliklər bu sahədə özəlləşmənin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu gün də imkan var ki, elektrik stansiyalarının həm özəlləşməsi, həm də yeni elektrik stansiyalarının tikintisi ilə bağlı yeni investorlar ola bilər. Bizdə “Masdar” şirkətinin ənənəsi var. İndi də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti elektrik stansiyası tikir. Bizdə belə 2 geqabaytlıq layihələr var. Ancaq bunlar hamısı xarici investorlarındır. Daxili investorlar da yaranacaq, onlar da bu sistemə qoşulacaq. Beləliklə, özəlləşmə dərinləşəcək və rəqabət mühiti də güclənəcək. Tariflərdə də bir optimallaşma və bizə adekvat tariflər olacaq”. (Apa)