Azərbaycanın Energetika Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə ümumi gücü 2,5 QVt olan külək enerjisi və enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb.
SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
FED.az xəbər verir ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi, quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu və “Azərbaycanda enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
"ACWA Power" şirkətinin sədri Mohammad Abunayyan bildirib ki, Azərbaycan müdrik və uzaqgörən rəhbərlik altında daha təmiz, daha davamlı gələcəyə doğru irəlilləyir: "Biz “ACWA Power” şirkəti olaraq azərbaycanlı tərəfdaşlarımızla olan münasibətlərimizi yüksək qiymətləndiririk və bu gün yeni sazişlərin imzalanması ilə ölkənin enerji transformasiyasının sürətləndirilməsində rolumuzu genişləndirməkdən məmnunuq”
Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir. (Report)