Energetika Nazirliyinin 2 milyon manatdan çox vergi borcu olan podratçı şirkətlə “Nazirliyin informasiya sistemlərinin və ehtiyatlarının Məlumatların Saxlanılması və Emalı Mərkəzində qorunması xidməti” satınalması üzrə müqavilə bağladığı üzə çıxıb.
Eləcə də bax: Hesablama Palatası BNA-dakı qanunsuzluqları - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının Energetika Nazirliyində 01.01.2020-31.12.2020-ci il tarixləri əhatə olunmaqla, 03.11.2021-ci il tarixindən 02.12.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı məlum olub.
Qeyd olunub ki, podratçı şirkətin dövlət büdcəsinə 2 milyon 42 min 510,039 manat borcu olduğu üzə çıxıb. Bu da satınalma prosesində iştirak edən iddiaçının ixtisas göstəricilərinin uyğunsuzluğu kimi qeyd edilir.
Nazirliyin Mərkəzi Aparatı üzrə xidməti minik avtomobillərinin sürücülərinin məzuniyyətdə olduqları dövrdə onların yanacaqla bağlı kart hesabına ödənilməklə 2020-ci ildə 6 halda 657,3 min manat məbləğində yanacağa görə vəsait xərc edilib.
Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin dövlət büdcəsinin ehtiyat fondundan nazirliyə Araz çayı üzərində “Xudafərin” hidroqovşağının və su elektrik stansiyasının tikilməsi layihəsi çərçivəsində xərclərin və dəymiş ziyanların qiymətləndirilməsi, “Xudafərin” hidroqovşağının əvəzləmə dəyərinin hesablanması, “Xudafərin” və “Qız qalası” layihələrinin başa çatdırılması təklifini dəyərləndirilməsi üçün yeni yetiriləcək işlərinə dair nazirlik ilə şirkət arasında ümumilikdə 130 min ABŞ dollarının manat ekvivalenti dəyərində 14 avqust 2020-ci il tarixində müqavilə imzalanıb. 26 avqust 2020-ci il tarixində müqavilə məbləğinin 30 %-i həcmində 60 180 manat məbləğində qabaqcadan ödəniş edilib. Qeyd edilməlidir ki, nazirlik ilə şirkət arasında 30 sentyabr 2021-ci il tarixində imzalanmış yerinə yetirilmiş işin təhvil-təslim aktı və təqdim edilmiş 16 dekabr 2021-ci il tarixli elektron qaimə uçotda əks etdirilməyərək, 60 180 manat hesabat ilinin sonunda qabaqcadan ödəniş kimi hesabatda və xəzinədarlıq idarəsinin üzləşmə aktında əks etdirilib. (Apa)