Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.
FED.az xəbər verir ki, Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.
Eləcə də bax: İlin 9 ayında Energetika Nazirliyi tərəfindən - 160 İCAZƏ VERİLİB
Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərlə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.
Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar Nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.
Eləcə də bax: Prezidentdən enerji sektorunda islahatlar haqqında - SƏRƏNCAM
Report