Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.
Eləcə də bax: Azərbaycanda nazirin 1-ci müavini - VƏZİFƏSİNİ İTİRDİ
FED.az xəbər verir ki, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Kamal Abbasov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb.
Report