5-6 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək.
Energetika Nazirliyindən FED.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək. Natiq Əliyevin “Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub.
Xatırladaq ki, energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf" medalı ilə təltif edilib.
Energetika naziri Natiq Əliyev Türkiyəyə səfər edəcək
12:33
3 Aprel 2017