Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Məhəmməd Abunayyan ilə videokonfrans formatında görüş keçirib.
Eləcə də bax: Azərbaycanda ilk dəfə - ÜZƏN GÜNƏŞ STANSİYASI TİKİLİR
FED.az Nazirliyə istinadən xəbər verir ki, görüşdə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib.
Xatırladaq ki, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən ilin 29 dekabr tarixində imzalanıb.