Liviyada etiraz aksiyaları nəticəsində ölkənin ən böyük neft yatağı olan Əl Şararada hasilat dayandırılıb.
FED.az xəbər verir ki, gündəlik hasilatı 300 min barel olan yatağın işini dayandırmasının uzunmüddətli nəticələri ola bilər.
Şimali Afrikanın ən böyük neft yatağı sayılan Şararada hasilatın dayanmasına səbəb Milli Neft Korporasiyasının (NOC) əməkdaşlarının buradakı nasosları söndürməsi olub.
İki gün əvvəl isə NOC rəhbərliyi yatağın gözətçilərini insiləri tətilə qaldırmaqda ittiham etmişdi.
Özünü «Fezzan qəzəbi hərəkatı» adlandıran etirazçıların aksiyalarından sonra dekabrın 9-da yataq işini dayandırıb.
Şirkətdəki mənbələr bildirib ki, hasilatın dayandırılması uzünmüddətli ola bilər.
Ən böyük neft yatağında - HASİLATI DAYANDIRDILAR
19:37
10 Dek 2018