Rusiyada şelfdə və quruda yeni layihələrdə neft və qaz hasilatı bir barel üçün məbləğ 40- dollardan çox olduğu halda gəlirlidir.
FED.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın "Saudi Aramco" dövlət şirkətinin IPO-ya dair prospektində qeyd olunur.
Eləcə də bax: Neft Daşlarında çıxarıla bilən 18 milyon ton neft olduğu - GÜMAN EDİLİR
IPO ərəfəsində "IHS Markit" şirkəti "Saudi Aramco" üçün digər hasil edən dövlətlərlə müqayisədə Səudiyyə Ərəbistanında hasilatın maya dəyərinin qiymətləndirilməsini həyata keçirib.
Həm şelfdə, həm də quruda Saudi Aramco-nun hasilatının maya dəyəri təqribən bir barel üçün 17 dollar səviyyəsində qiymətləndirilir – bu, digər ölkələrlə müqayisədə ən aşağı göstəricidir.
Ən bahalı hasilat Azərbaycanda şelf layihələrindədir - bir barel üçün 60 dollardan artıq təşkil edir.
Yeni layihələrdə hasilatın maya dəyəri Rusiyadan daha baha Qazaxıstanda (bir barel üçün 48 dollara yaxın), həmçinin Azərbaycan və ABŞ-da qurudadır (bir barel üçün 49 dollaraq yaxın).
"İnterfaks - Azərbaycan"