Artıq oktyabr ayında BP-nin Azərbaycandakı bərpa olunan enerji stansiyasından ilk elektrik enerjisi alına biləcək.
Nobel Energy və Energetika Nazirliyi Günəş Elektrik Stansiyasının tikintisinə dair - MEMORANDUM İMZALAYIB
FED.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən 17-ci “Baku Summer Energy School”un açılışında çıxış edən Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, BP Azərbaycanın enerji sektorunda mühüm yerə malikdir və bərpa olunan enerji sahəsində də ciddi addımlar atır.
O, həmçinin çıxışında Azərbaycanın enerji tranziti üçün lazım olan əsas addımları atdığını qeyd edib.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında Energetika Nazirliyi və BP Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.(Report)