Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ - SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.
Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti ilə - GÖRÜŞÜB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.