Bu gün Baş nazir Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
bp-yə yeni vitse-prezident təyin olundu
Nazirlər Kabinetindən FED.az biznes və maliyyə xəbərləri portalına verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalıtərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.











